Ölkə

Cənub bölgəsinin məktəbliləri tur-aksiyadan razılıqlarını bildirblər

Metbuat.az

Salyan, 21 mart, Mahir Babayev,

AZƏRTAC

“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində növbəti maarifləndirici tur-aksiyanın Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad,  Biləsuvar və Salyan rayonlarının məktəblərindən olan iştirakçıları martın 21-də Salyan-Bakı-Naxçıvan marşrutu istiqamətində yola düşüblər.


AZƏRTAC

xəbər verir ki, bu münasibətləşəhərin Heydər Əliyev parkında təşkil olunmuş tədbirdə rayonun rəhbər işçiləri, müəllimlər, valideynlər və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tur-aksiyanın iştirakçıları parkda Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.


Qrupun rəhbəri, Salyan rayon təhsil şöbəsinin aparıcı məsləhətçisi Fərqanə Cəbrayılova

AZƏRTAC

-a müsahibəsində deyib: “Prezident  İlham Əliyevin tapşırığına əsasən ölkəmizdə həyata keçirilən maarifləndirici tur-aksiyanın iştirakçıları-Cənub bölgəsi rayonlarının ümumtəhsil məktəblərindən olan 45 nəfər IX-XI sinif şagirdi dörd gün ərzində Naxçıvan Muxtar Respublikasının tarixi abidələri, muzeyləri, görməli yerləri, sosial-iqtisadi inkişafı ilə yaxından tanış olacaq, Azərbaycanın bu dilbər guşəsi barədə biliklərini zənginləşdirəcəklər. Regionla tanışlıq şagirdlərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaqdır. Məktəblilərə bu imkanı yaratdığı üçün dövlətimizin başçısına dərin minnətdarlığımızı bildiririk”.   


Salyan şəhər 1 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseyin XI sinif şagirdi Zərxanım Ağabəyli də tur-aksiyanın təşkilindən razılıq edərək məktəblilələrə belə bir imkanın yaradılmasına görə həmyaşıdları adından dövlətimizin başçısına minnətdarlğını bildirib.


Meydana toplaşanların alqışları altında məktəbliləri aparan avtobus Salyandan Bakıya  yola düşüb.