Digər

Cəlilabadda evdə partlayış, dörd nəfər yaralandı

Metbuat.az
Cəlilabadda yaşayış evində partlayış baş verib
APA

-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Cəlilabad şəhərində vətəndaşa məxsus, ümumi sahəsi 252 kv.m olan ikimərtəbəli, 10-otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib.



Yanğın nəticəsində evin 1-ci mərtəbəsində 1 ədəd divan və döşək qismən yanıb.



Partlayış zamanı 4 nəfər yanıq xəsarəti alıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.



Milli.Az