Digər
Milli.Az
Cəlilabadda ev yandı
Milli.Az CTV-yə (Region TV-yə) istinadən bildirir ki, Cəlilabad rayonunda yaşayış evi yanıb.
Hadisə axşam saatlarında rayonun Uzuntəpə kəndində
Rüstəmov Elşad Əli oğluna məxsus fərdi yaşayış evində baş verib. Evdəki otaqlardan birində başlayan yanğın tez bir zamanda bütün evi bürüyüb. Evin yandığını görən ailə üzvləri evdən xəsarətsiz çıxa biliblər. Lakin 115 kv.m-dən ibarət evin iki otağı içindəki əşyalarla birlikdə yanaraq yararsız hala düşüb. Hadisə yerinə Cəlilabad yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikaları çağırılıb. Yanğının yardımçı tikililərə keçməsinin qarşısı alınıb. İlkin ehtimala görə, yanğın elektrik naqillərindəki qısaqapanmadan baş verib.
Milli.Az