Ölkə
Cəlilabadda baş verən partlayış zamanı dörd nəfər xəsarət alıb
Bakı, 16 mart,
AZƏRTAC
Cəlilabad şəhərində ümumi sahəsi 252 kvadratmetr olan ikimərtəbəli onotaqlı evdə yanğınla nəticələnən partlayış baş verib.
Fövqəladə Hallar Nazirliyindən
AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində dörd nəfər yanıq xəsarəti alıb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.