Digər

Cəlilabadda 9 yaşlı uşaq kanalda batıb

Metbuat.az

[ 06 Mart 2015 20:14 ]


Bakı-APA. Cəlilabad rayonunun Uzuntəpə kəndində kanalda (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 110 km aralıda nəzarətsiz ərazidə) 2006-ci il təvəllüdlü Xəqani Kamil oğlu Həsənov batıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin  müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunubvə axtarışlara başlayıb.

Xəqani Həsənovun cəsədi dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 18:25-də başa çatıb.