Ölkə

Cari ilin iki ayında Tovuzda 52 nəfər işlə təmin olunub

Metbuat.az

Tovuz, 24 mart,

AZƏRTAC

Tovuz rayonunda əhalinin məşğulluğunun təmin edilməsi sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir.


Rayon məşğulluq mərkəzindən

AZƏRTAC

-a bildiriblər ki, cari ilin yanvar-fevral aylarında məşğulluq mərkəzinə müraciət edən 232 nəfərdən 52-si işlə təmin olunub. İşlə təmin olunanların 30 nəfəri qadınlardı.


Bundan əlavə, iki ayda 4 nəfərə işsizlik statusu verilib, 5 nəfərə isə müavinət ödənilib.