Ölkə
Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri tələbələrlə görüşüblər
Bakı, 16 mart,
AZƏRTACBeynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr departamentinin müdiri İlahə Hüseynova və qurumun hüquqşünası Ülviyyə Həsənova Bakı Dövlət Universiteti (BDU) jurnalistika fakültəsinin tələbələri ilə görüşüblər.
BDU-dan
AZƏRTAC-a bildirilib ki, fakültənin beynəlxalq jurnalistika kafedrasının müəllimləri İlham Mazanlı və Arzu Məmmədovanın tədris etdikləri beynəlxalq humanitar hüquq və jurnalistika fənni üzrə dərsdə iştirak edən qonaqlar tələbələrə BQXK-nın fəaliyyəti, iş prinsipləri, gördüyü işlər, o cümlədən qurumun Azərbaycan nümayəndəliyinin fəaliyyəti barədə danışıb, sualları cavablandırıblar.