Digər

Belə qol görmüşdünüz? - VİDEO

Metbuat.az

Adətən, qolları ayaqla, əllə, başla vurarlar. Bu isə çox fərqlidir. Çünki "beşinci istinad nöqtəsi" ilə vurulub.



Milli.Az

lenta.ru

-ya istinadən bildirir ki, həmin qolun müəllifi "Pittsburq Pinqvins"in hücumçusu

Brendon Satter

dir. Qol Milli Hokkey Liqasında (MHL) "Arizona Koyots"a qarşı oyunda vurulub. 



NBC Sports bildirir ki, "Koyots"un qapıçısı

Mayk Smit

şaybunu qapıdan çıxarmaq istəyərkən şaybu arxasını çevirmiş Satterə dəyib və yenidən geriyə qayıdaraq qapıdan keçib.



Satterin yanı ilə vurduğu qol "Pittsburq"a hesabı bərabərləşdirməyə imkan verib. Sonra isə

Daniel Vinnik

Sidni Krosbi

hərəyə bir qol vuraraq hesabı 3:1 "Pittsburq"un xeyrinə çatdırıblar.



"Arizona" MHL-in qərb konfransının autsayderidir. 72 oyuna "Koyots"un 50 xalı var. Konfransın lideri "Anahaym"dır, 99 xalı var. Şərq konfransındakı "Pittsburq" isə 90 xalla 5-ci pillədədir.





Milli.Az