Ölkə

Batumidə fəaliyyət göstərən müsəlman icması iki yeni bina ilə təmin olunub

Metbuat.az

Tbilisi, 10 mart,

AZƏRTAC

Batumidə fəaliyyət göstərən müsəlman icması – Qərbi Gürcüstan Müftisi iki yeni bina ilə təmin olunub.


AZƏRTAC

xəbər verir ki, binaların müsəlmanlara təhvil verilməsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili də iştirak edib. Baş nazir deyib: “Biz hamımız bir ölkənin övladlarıyıq və insanların, xüsusən də gənc nəslin gələcəyi bizi narahat edir. İnanıram ki, biz birlikdə çox iş görə bilərik. Bu cür addımlar bizi daha da yaxınlaşdırır və bəzi problemlərin həllinə səbəb olur. Bu cür addımlar davamlı olacaq”.


Müsəlman icmasının üzvləri Gürcüstan hökumətinin bu qayğısını yüksək dəyərləndirib və bu cür addımları ölkədə dini ekstremizmə qarşı mübarizədə ən yaxşı vasitə adlandırıblar.


Gürcüstan Müsəlmanları İdarəsinin müftisi hacı Yasin Əliyev

AZƏRTAC

-a bildirib ki, yeni binalardan biri Qərbi Gürcüstan müftisinin iqamətgahı, digəri isə Gürcüstan Təhsil Nazirliyi tərəfindən tanınan Dini Ali Məktəb kimi fəaliyyət göstərəcək.


Y.Əliyevin sözlərinə görə, Baş nazir İ.Qaribaşvili iki binanın arasında olan 1000 kvadratmetr ərazinin də müsəlman icmasına verilməsi barədə Acarıstan hökumətinin başçısına göstəriş verib.


Müfti onu da bildirib ki, yaxın vaxtlarda Şərqi Gürcüstan Müsəlmanları İdarəsinə də yeni binalar veriləcək.



Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi