İdman
ANS PRESS
Baş nazir İbrahimoviç haqda sərt danışdı
PSJ-nin hücumçusu Zlatan İbrahimoviçin Fransanın ünvanına işlətdiyi təhqiredici ifadələr sözügedən öllkənin baş naziri Manuel Valsı da təəcübləndirib.
ANS PRESS-in məlumatına görə, “Bordo”yla oyundan sonra hakimlərin idarəçiliyindən narazı qalan isveçli futbolçu onlara iradını bildirəndən sonra ölkənin ünvünına da təhqiredici ifadələr işlədib. Fransanın baş naziri futboçunun bu hərəkətinə münasibət bildirib:
“Zlatan İbrahimoviçdən belə hərəkət gözləmirdim. O, hakimlərlə yanaşı ölkəni də təhqir edib. Onun kimi tanınmış futbolçunun adının qalmaqalda hallanması yolverilməzdir. Zlatan ölkəni təhqir etməklə özünə mənfi imic yaratdı. Futbolçu nə qədər əsəbi olsa belə, onun ölkəni təhqir etməyə haqqı yoxdur" .
MənbəANS PRESS