İdman

"Barselona" "Real" azarkeşlərinə "qiymət oxudu"

Metbuat.az

İspaniya La Liqasının 28-ci turu çərçivəsində dünyanın baxımlı oyunlarından biri olan "Barselona" - "Real" matçı keçiriləcək.



ANS PRESS-in məlumatına görə,"El Klassiko" üçün artıq biletlərin qiyməti də bəlli olub.



Belə ki, "kral" klubuna ayrılan 500 nəfərlik bilet artıq satılıb. Ötən mövsüm "Real" azarkeşləri üçün biletlərin qiyməti 99 avro olsa da, bu dəfə 111 avroya qalxıb. "Barselona" azarkeşləri isə doğma komandalarına dəstək olmaq üçün 70 avrolarından keçməli olacaqlar.



Qeyd edək ki, "Barselona" - "Real" matçı martın 22-si Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Mənbə
ANS PRESS