İdman

​"Barselona" "el klassiko"da "Real"a qalib gəlib

Metbuat.az

Bakı. 23 mart. REPORT.AZ/ Futbol üzrə İspaniya çempionatının 28-ci turu çərçivəsində "Barselona" "Real"ı məğlub edib.


"Report" xəbər verir ki, görüş katalonların 2:1 hesablı qələbəsi ilə başa çatıb.


Ev sahiblərinin heyətində Jeremi Matye və Luis Suares, qonaqlardan isə "el klassiko"da 15-ci qolunu vuran Kriştianu Ronaldu fərqlənib.


İspaniya çempionatı. 28-ci tur.


"Barselona" — "Real" — 2:1.


Qollar: Matye, 19; Suares, 56 — Ronaldu, 31.


Bu qələbədən sonra Luis Enerikenin yetirmələri madridlilərlə xal fərqini dördə yüksəldiblər.