Digər

Bakıdakı zavodda mühəndis iş yoldaşlarının gözü önündə can verdi

Metbuat.az

Dəniz Registiri Qapalı Tikinti Səhmdar Cəmiyyətində ölüm hadisəsi baş verib. Milli.Az-a verilən məlumata görə, Nəsimi rayonu, Vidadi küçəsi 119-da yerləşən Dəniz Registrində mühəndis işləyən 58 yaşlı

Hüseynağa Rizvanov

qəflətən dünyasını dəyişib.



O, iş başında olarkən halı pisləşib. Köməklik edilməsinə baxmayaraq iş yoldaşlarının gözləri qarşısında canını tapşırıb. Onun ürək-damar çatışmazlığından vəfat etdiyi ehtimal olunur.



Gülər
Milli.Az