Digər

Bakıda rəis müavini döyüldü

Metbuat.az
Paytaxtda kafelərdən birinin sahibi dövlət qulluqçusunu döyüb

Bakıda kafe sahibi dövlət qulluqçusunu döyüb.



Hadisə Xətai rayonu, N.Tusi küçəsində yerləşən "Azəri" kafesində baş verib.



Bakı Vergilər Departamenti Operativ Nəzarət İdarəsində şöbə rəisinin müavini işləyən

Vüqar Əhmədov

yoxlama aparmaq istəyərkən özünü kafe sahibinin qardaşı kimi təqdim edən

Telman

adlı şəxs tərəfindən təzyiqə məruz qalıb.



Həmin şəxs departament əməkdaşlarının işinə müdaxilə edərək hədə-qorxu gəlib və onları vuraraq təhqir edib.



Milli.Az