Digər
Milli.Az
Bakıda qətl törədən Kürdəmir sakini tutulub
Bərdə sakinini Bakıda qətlə yetirməkdə şübhəli bilinən Kürdəmir sakini tutulub
Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən
Trend-ə verilən məlumata görə, fevralın 28-də saat 23 radələrində paytaxtın A.Heydərov küçəsində kirayədə yaşayan, Bərdə rayon sakini, 1987-ci il təvəllüdlü
Bəxtiyar Mail oğlu Əliyevbıçaqla qətlə yetirilib.
DİN Baş Cinayət Axtarış İdarəsi, Bakı Şəhər BPİ Cinayət Axtarış İdarəsi, Nərimanov Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 18-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, 1991-ci il təvəllüdlü
Nicat Əliheydər oğlu Məlikovmüəyyən olunaraq tutulub.
Faktla bağlı istintaq gedir.
Milli.Az