Ölkə

Bakıda minik avtomobili yanıb

Metbuat.az

Bakı, 25 mart,

AZƏRTAC

Bakı şəhərinin Nizami rayonunda vətəndaşa məxsus “OPEL” markalı minik avtomobilinin idarəetməni itirərək yolun kənarındakı dəmir barmaqlıqlara çırpılması nəticəsində yol qəza hadisəsi baş verib.


Fövqəladə Hallar Nazirliyindən

AZƏRTAC

-a bildiriblər ki, qəza nəticəsində avtomobil yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 22:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.