Digər

Bakıda mənzildən qadın meyiti çıxdı

Metbuat.az

Bakıda mənzildə qadın meyiti aşkar edilib. Milli.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.



FHN-in xilasediciləri mənzilə baxış keçirərkən 1950-ci il təvəllüdlü

Qarabağlı Nüşabə Yəhya qızı

nın vəfat etdiyi müəyyən olunub. N.Qarabağlının cəsədi aidiyyəti üzrə təhvil verilib.



Milli.Az