Digər

Bakıda maşın aşdı, sürücü öldü

Metbuat.az

Bakıda ağır yol qəzası olub. Dünən saat 22 radələrində Nəsimi rayonu, H.Ələsgərov küçəsi ilə C.Məmmədquluzadə küçəsinin kəsişməsində 36 yaşlı

Ramil Haciyev

idarə etdiyi “Toyota Corolla” markalı 99-GP-079 dövlət nömrə nişanlı maşını aşırıb. Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, qəza zamanı sürücü aldığı xəsarətdən dünyasını dəyişib. Qəzaya səbəb yüksək sürət olub. Maşın ilk olaraq səkiyə dəyib, sonra isə aşıb. Hazırda araşdırma aparılır.



Gülər
Milli.Az