İdman
"Bakı 2015" Avropa Oyunlarının Tamaşaçı Məlumat Mərkəzini təqdim edib
Xəttə zəng vuranları aktyor və aparıcı, "Bakı 2015"in Ulduz Elçisi Murad Dadaşov salamlayacaq.
Avropa Oyunlarının Tamaşaçı Məlumat Mərkəzini Azercell, Bakcell və Azerfon GSM operatorlarından, o cümlədən, ölkə abunəçilərinin 90%-ni əhatə edən BTRİB (Bakı) və Aztelekom (regional) sabit xətt operatorlarından 2015 nömrəsini yığmaqla əlaqə saxlamaq mümkündür.
Ölkəyə səyahət etmədən öncə məlumat almaq istəyən beynəlxalq qonaqlar üçün məlumat xətti +994 77 2015 000 nömrəsidir və zənglərin qiyməti zəng olunan ölkənin beynəlxalq zəng tariflərinə əsasən təyin ediləcək.