İdman

“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi UNİCEF ilə tərəfdaşlıq müqaviləsi imzalayıb

Metbuat.az

Bakı, 16 mart, Səxavət Quliyev,

AZƏRTAC

UNİCEF və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi Azərbaycanda gənclərin həyatını zənginləşdirmək üçün əməkdaşlıq edəcək.


AZƏRTAC

xəbər verir ki, UNİCEF və “Bakı-2015” Avropa Oyunları bütün uşaqlar üçün idmanın gücünü artıqmaq məqsədilə martın 16-da tərəfdaşlıq müqaviləsi imzalayıb.


Müqavilə gənclər və idman naziri, “Bakı-2015”in baş icraçı direktoru Azad Rəhimov və UNİCEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru xanım Marie-Pierre Poirier tərəfindən imzalanıb.


Müqavilə gənclərə idmanın onların həyatına necə təhlükəsiz və hərtərəfli dəyər gətirdiyini əks etdirir, həmçinin oyunların sosial irsinin inkişafında onların rolunu gücləndirir.