"Azəryol" bu sürprizi gözləmirdi
Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında növbəti turun oyunları keçirilib.
Apasport.azsaytının məlumatına görə, fərqli məkanda baş tutan XVIII turun qarşılaşmalardan sonra turnir cədvəlində dəyişiklik olmayıb.
Belə ki, təcrübəli voleybolçulardan qurulan “Lokomotiv” gənclərdən ibarət “Telekom” qarşısında büdrəməyib. Mövsümdə üçüncü baş məşqçi –
Bülənt Karslıoğlunun rəhbərliyi altında meydana çıxan “dəmiryolçular” yalnız ilk setdə çətin anlar yaşayıblar. Lakin
Eldar Yusubovun yetirmələrinin təcrübəsizliyi rəqibin işinə yarayıb və matç 3:0 hesabı ilə “Lokomotiv”in xeyrinə başa çatıb.
Turun digər matçında “Azərreyl” “Azəryol”la münasibətinə aydınlıq gətirib. Bu cütdə “yolçəkənlər” aşkar favorit olsalar da, məğlubiyyətdən qaça bilməyiblər.
“Azəryol” ilk seti qazandıqdan sonra növbəti 2 hissədə uduzub. Buna baxmayaraq, onlar əzmkarlıq nümayiş etdirərək, yenidən status-kvonu bərpa ediblər – 2:2. Tay-brekdə isə “Azərreyl” üstün oynayaraq, mövsümdə 3-cü qələbəsini qazanıb.
Beləliklə, XVIII turdan sonra turnir cədvəlində dəyişiklik olmayıb. “Rabitə”nin başçılıq etdiyi turnir cədvəlində yenə “Lokomotiv” ikinci, “Azəryol” üçüncüdür. Amma “Azərreyl”in “yolçəkənlər”ə qalib gəlməsi, onları ikinci pillədən 3 xal geri salıb.
XVIII tur
19 mart
“Azərreyl” – “Azəryol” - 3:2 (23:25; 25:17; 25:21; 21:25; 15:13)
Voleybol Mərkəzi
İlk dövrə: “Azəryol” – “Azərreyl” - 3:0 (26:24; 25:20; 25:16)
İkinci dövrə: “Azərreyl” – “Azəryol” - 0:3 (20:25; 16:25; 15:25)
Üçüncü dövrə: “Azəryol” – “Azərreyl” – 3:0 (25:21, 25:22, 25:20)
“Telekom” – “Lokomotiv” - 0:3 (21:25; 13:25; 22:25)
“Gənclik” Olimpiya İdman Kompleksi
İlk dövrə: “Lokomotiv” – “Telekom” - 3:1 (25:20; 21:25; 25:18; 25:19)
İkinci dövrə: “Telekom” – “Lokomotiv” - 0:3 (19:25, 15:25, 22:25)
Üçüncü dövrə: “Lokomotiv” – “Telekom” – 3:0 (25:11; 36:34; 25:15)
Yer Komanda O Q M 3:0 3:1 3:2 2:3 1:3 0:3 S T X
1. Rabitə 14 12 2 8 3 1 1 1 0 39-11 1197-991 36
2. Lokomotiv 15 11 4 5 4 2 1 1 2 36-20 1274-1226 32
3. Azəryol 15 9 6 5 3 1 3 2 1 35-23 1303-1201 29
4. Azərreyl 15 3 12 0 1 2 1 3 8 14-42 1097-1291 8
5. Telekom 13 1 12 0 0 1 1 4 7 9-38 936-1134 3
Milli.Az