Ölkə
“Azərsu” ASC məcburi köçkün ailələrinə ərzaq yardımı edib
Bakı, 18 mart,
AZƏRTAC“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) Saatlı rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinə Novruz bayramı münasibətilə ərzaq yardımı edib.
“Azərsu” ASC-dən
AZƏRTAC-a bildiriblər ki, un, yağ, şəkər tozu, qənd, düyü və digər məhsullardan ibarət ərzaq yardımı Saatlı rayonunda məskunlaşmış Füzuli, Ağdam, Cəbrayıl, Laçın və Zəngilandan olan 593 məcburi köçkün ailəsinə verilib.