İdman

"Azərbaycanla oyunu da düşünməliyik"

Metbuat.az

“Bu, bizim üçün çox vacib oyundur. Futbolçularımızın hansı vəziyyətdə olduğunu müəyyən edəcəyik”.



Qol.az

-ın məlumatına görə, bu sözləri Malta millisinin baş məşqçisi

Pietro Qedin

Gürcüstanla keçiriləcək yoxlama oyunu üçün təşkil olunan mətbuat konfransında deyib.



O, “Avro-2016”nın seçmə mərhələsində martın 28-də millimizlə qarşılaşacaqları oyundan da danışıb: “Bizim öz oyun üslubumuz var. Gürcüstan yığmasına qarşı görüşdə ənənəvi oyunumuzu sərgiləməliyik. Azərbaycanla qarılaşmanı  da düşünməliyik. Ümid edirəm ki, zədəli olan dörd futbolçumuz bu matça qədər sağalacaq”.



Qeyd edək ki, bu gün Tüflisdə keçiriləcək Gürcüstan – Malta matçı  Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.



Milli.Az