Digər
Milli.Az
Azərbaycanda jurnalistdən külli miqdarda narkotik çıxdı
Cəlilabad rayonunda polisə külli miqdarda narkotik maddə olması barədə məlumat daxil olub
Milli.Az xəbər verir ki, Cəlilabad Rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi Eldar Məmmədovun
anspress-ə verdiyi məlumata görə, daxil olan məlumata əsasən, hüquq-mühafizə orqanlarının əməkdaşları hərəkətə keçiblər.
Məlumata əsasən, polisin keçirdiyi əməliyyat zamanı 1993-cü il təvəllüdlü
Xanış Əli oğlu Qasımovvə 1978-ci il təvəllüdlü
Səbuhi Allahyar oğlu Ağalarovsaxlanılıb.
Onlardan ümumi çəkisi 4 kiloqram 70 qram narkotik maddə tapılıb. Tapılan narkotik içərisində 2 kq 135 qram heroin, 1 kq 30 qram tiryək, 805 qram marixuana olub.
Araşdırmalar zamanı məlum olub ki, Səbuhi Ağalarov "Dedektivpress" qazetinin şöbə müdiridir.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Milli.Az