Digər
Milli.Az
Azərbaycanda icra nümayəndəsi göldə batdı
RTV (Region TV) xəbər verir ki, Şabran rayonunda bədbəxt hadisə baş verib.
Şabran Rayon İcra Hakimiyyəti başçısının Şahnəzərli İnzibati Ərazi Vahidliyi üzrə nümayəndəsi, 1986-cı il təvəllüdlü
Soltanov Ağalar Mürsəl oğlugöldə boğularaq ölüb. Hadisə dünən axşam, Soltanov rayonun Daşlıyataq kəndində əmisinin şəxsi təsərrüfatında olan göldə balıq tutarkən baş verib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Milli.Az