Ölkə
Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri Almaniyadakı NATO məktəbində konfransa qatılacaq
Bakı, 4 mart,
AZƏRTAC
Martın 4-dən 6-dək Almaniyanın Oberammerqau şəhərində NATO məktəbində keçiriləcək tədbirlərin planlaşdırıcıları üçün konfrans nəzərdə tutulub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki, tədbirdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.