Ölkə

Azərbaycan parlamentinin üzvü Minsk dialoqu”a qatılacaq

Metbuat.az

[ 19 Mart 2015 16:15 ]


Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisinin deputatı Rasim Musabəyov “Minsk dialoqu” mövzusunda konfransda iştirak etmək üçün martın 26-dan 28-dək Belarusda səfərdə olacaq.

Parlamentdən APA-ya verilən məlumata görə, Minsk şəhərində keçiriləcək toplantı Avropa Komissiyasının dəstəyi, Belarus Liberal Klubu və Ostroqorsk Mərkəzinin  təşkilatçılığı ilə  baş tutacaq.

Deputat konfransda müzakirə olunacaq məsələlərə öz  münasibətini bildirəcək.