Ölkə

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Qobustanda vətəndaşları qəbul edəcək

Metbuat.az

Bakı, 11 mart,

AZƏRTAC

 


Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən

AZƏRTAC

-a bildiriblər ki, Komitə sədri Hicran Hüseynova martın 16-da saat 10:45-də Qobustan rayon Gənclər Mərkəzində Qobustan, Ağsu, Şamaxı, İsmayıllı, Göyçay rayonlarından olan vətəndaşları qəbul edəcək.