Digər

Ağsuda cəbbəxana tapıldı

Metbuat.az
Ağsu şəhəri ərazisindən odlu silah və vasitələri tapılıb

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən

Trend

-ə verilən məlumata görə, Ağsu Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən şəhər ərazisindən nömrəsi silinmiş “AKS” markalı silah, “Mauzer” markalı tapança, 32 ədəd müxtəlif çaplı patron və 4 ədəd patron darağı tapılıb.



Faktla əlaqədar əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Milli.Az