Ölkə

Ağstafada ticarət və iaşə xidmətlərində sanitar yoxlamalar aparılır

Metbuat.az

Ağstafa, 6 mart,

AZƏRTAC

Ağstafa rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən ticarət və iaşə xidmətləri göstərən sahibkarlıq obyektlərində mütəmadi olaraq sanitar yoxlamalar aparılır.


Mərkəzdən

AZƏRTAC

-a bildiriblər ki, yanvar-fevral aylarında aparılan yoxlamalar zamanı 6 sahibkara xəbərdarlıq edilib, 2 sahibkar cərimələnib, 1 sahibkarlıq obyektinin fəaliyyəti isə müvəqqəti dayandırılıb.