Ölkə

Ağstafada Novruz bayramı münasibətilə bayram sovqatları paylanılıb

Metbuat.az

Ağstafa, 18 mart,

AZƏRTAC

Ağstafa Rayon İcra Hakimiyyəti tərəfindən Novruz bayramı münasibətilə şəhid ailələrinə, Qarabağ müharibəsi və Çernobıl əlillərinə, eləcə də rayonun aztəminatlı ailələrinə bayram sovqatları paylanılıb.


Rayon icra hakimiyyətindən

AZƏRTAC

-a bildiriblər ki, ümumilikdə rayon üzrə 500 ailəyə bayram payı verilib.


Sovqatları qəbul edən rayon sakinləri onlara göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.