Dünya

"Admiral"da yaralanan azərbaycanlıdan xəbər var

Metbuat.az

"Kazan şəhərində baş verən yanğında xəsarət alan azərbaycanlının vəziyyəti yaxşıdır".



Bunu

anspress

-ə Azərbaycanlılar Konqresinin sədri

Ziyafət Qasımov

deyib. O bildirib ki, “Admiral” ticarət mərkəzindəki yanğın zamanı yaralanan

Salam Bəxtiyar oğlu Tağıyev

in ayağı sınıb.



"O hazırda xəstəxanada müalicə olunur. Vəziyyəti yaxşıdır və həyati təhlükəsi sovuşub", - deyə Ziyafət Qasımov söyləyib.



Xatırladaq ki, azərbaycanlı sahibkar Hüseyn Qəhrəmanova məxsus “Admiral” ticarət mərkəzində yanğın martın 11-də baş verib. Yanğın zamanı 17 nəfər ölüb. Ölənlər arasında iki azərbaycanlı da olub.



Onların cənazələri öz Vətənlərində torpağa verilib.



Milli.Az