Ölkə
AZƏRTAC
“ADA” Universitetində üçüncü Bahar gənclik festivalı
Bakı, 17 mart, Pərvanə İmanova,
AZƏRTACMartın 17-də “ADA” Universitetində “Coca-Cola” şirkəti ilə əməkdaşlıq çərçivəsində üçüncü Bahar gənclik festivalı keçirilib.
AZƏRTAC
xəbər verir ki, mindən artıq insanın qatıldığı festivalda bahara həsr olunan sərgi, milli geyimlərimiz, Azərbaycanın müxtəlif xalça məktəblərinin nümunələri, ləziz bayram mətbəxinin şirniyyatları, xına bəzəmə mərasimi və digər adət-ənənələr nümayiş etdirilib.