Dünya

ABŞ-ın Cənubi Koreyadakı səfiri ona edilən hücum nəticəsində ciddi xəsarət alıb

Metbuat.az

Bakı, 5 mart,

AZƏRTAC

Martın 5-də ülgüclə silahlanmış şəxsin hücumu nəticəsində ABŞ-ın Cənubu Koreyadakı səfiri Mark Lippert ciddi xəsarət alıb. Seul polisi nümayəndəsinin bildirdiyinə görə, insident səhər saatlarında, səfirin Seulun mərkəzindəki kral Sedjon adına Mədəniyyət mərkəzinə mühazirə demək üçün yollandığı zaman baş verib.


AZƏRTAC

TASS informasiya agentliyinə istinadla xəbər verir ki, hadisə yerində həbs edilən cinayətkarın Kim Qi Çjon adlı Koreya Respublikasının vətəndaşı olduğu bildirilir. “Urimadan” adlı sol təmayüllü vətəndaş təşkilatının rəhbəri olan bu şəxs müharibənin və keçən bazar ertəsi başlayan ABŞ-Cənubi Koreya müştərək Foal Eagle və Key Resolve hərbi manevrlərinin əleyhinə olduğunu deyərək Amerika səfirinə hücum edib.


Xəsarət alan səfir yaxınlıqdakı xəstəxanalardan birinə aparılıb. KİV-lərdə dərc olunmuş şəkillərdə onun üzünün sağ tərəfindən yaralandığı görünür. Şahidlərin ifadəsinə görə, Kim Qi Çjon səfirə arxadan hücum edərək onu stolun üstünə yıxıb və üzünə ülgüclə xəsarət yetirib.


Qeyd edək ki, 2010-cu ildə Kim Qi Çjon Seulda Tokionun Yapon dənizindəki Tokto (Takesima) adalarına iddiasına etiraz əlaməti olaraq Yaponiya səfiri Tosinori Siqeieyə beton atdığına görə 2 il şərti həbs cəzasına məhkum edilmişdi.