Digər

8-ci dəfə ələ keçən narkoman: "Nervimlə oynamayın!" - VİDEO

Metbuat.az

Əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə 7 dəfə azadlıqdan məhrum edilən şəxs bu dəfə 1 kiloqrama yaxın narkotik vasitələrlə saxlanılıb. Əməliyyat paytaxtın Nizami rayonu ərazisində həyata keçirilib.



Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 48 yaşlı

Samir Tahirzadə

saxlanılıb. Keçirilən əməliyyat zamanı ondan ümumi çəkisi 1 kiloqrama yaxın həşiş və heroin aşkar olunaraq götürülüb.



Saxlanılan şəxs narkotik vasitələri satmaq niyyəti ilə əldə etdiyini bildirib: "1500 manata almışam, özüm istifadə edirəm. İmkan olsaydı, satacaqdım. Yarısı heroin, yarısı marixuanadır".



Saxlanılan şəxs kameralara da etirazını bildirib: "Çəkirsən, tez çək, çıx get. Mən xəstə adamam, 30 ilin iynə vuranıyam, nervimlə oynama".



Faktla bağlı saxlanılan şəxs barəsində cinayət işi qaldırlıb. Əvvəllər dəfələrlə məhkumluq həyatı yaşayan Samir Tahirzadənin etdiyi növbəti qanun pozuntusuna istintaqın gedişatında hüquqi qiymət veriləcək.



Region TV

Videonu izləmək üçün şəklə klikləyin.