Digər

72 yaşlı Bakı sakini su quyusunu təmir edərkən boğularaq ölüb

Metbuat.az

[ 27 Mart 2015 11:51 ]


Bakı. Fuad Cəfərov - APA. Bakı sakini bədbəxt hadisə nəticəsində ölüb.

Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Zirə qəsəbəsində yerləşən Bağ Massivində baş verib.

Bakı şəhər sakini, 1943-cü il təvəllüdlü Fərman Bayram oğlu Bayramov həyətində yerləşən su quyusunu təmir edərkən havasızlıqdan boğularaq ölüb.

F. Bayramovun cəsədi Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.