Bürclər
Oğlaq
23 Dekabr - 20 Yanvar
23 Dekabr - 20 Yanvar
Yüksələn bürc proqnozu
Siz dərin və çox düşünən, az danışan, maraqlı amma idarəli və ağır hərəkət edən biriniz. Dəyişikliklərə uyğunlaşmağınız və yeni şeylərə adaptasiya olmağınız uzun bir zaman alacaqdır. Qərar verməkdə çətinlik çəkdiyiniz görünür amma bunun səbəbi müvəffəqiyyətsiz olmaq utancaqlığıdır. İncəlik tələb edən hesablar və hər şeyin müsbət və mənfi tərəflərini götür qoy etmək lazım gələcək. Bir dəfə qərar verdikdən sonra da istədiyiniz işi yolun sonuna qədər aparacaqsınız. Bu qərarlı davranışın yanına həqiqətpərəstliyiniz də qatılınca digər insanlar sizə güvənəcək. Ortada bir axsaqlıq varsa da bunu hiylə, yalan və dolana müraciət etmədən ortaya qoyarsınız. Ümumiyyətlə başqalarına durğun, düşüncəli amma pessimist olaraq görünürsünüz. Bu soyuq görünüşün səbəbi həyata tünd rəngli şüşələr ardından baxmanızdır. Son dərəcə səbirli, güclü, inadçı və soyuqqanlı biriniz. Hadisələr qarşısında nə olursa olsun çaxnaşmaya qapılmazsınız. Bu da sizə həyatdan nə istədiyini bilən biri görünüşü verəcəkdir. Ancaq, çox uzun müddət sizinlə birlikdə olan biri sonunda sizi darıxdırıcı hesab etməyə başlayacaqdır. Bunun üçün xəritənizin fərqli enerjilər və təsirlər daşıması faydalı olacaqdır. Sizin üçün çalışmaq daim ilk planda gəlir. Yüksəlmək, idarə etmək və başa keçmək ən böyük arzunuz sayıla bilər. Sizin kimilər iş dünyasının təməl daşları sayılarsınız. Əmr almaq qədər vermək də sizin işinizdir. Bənzətmək lazım olsa Qarışqa ilə Cırcırama əhvalatında Qarışqa sizsiniz. Qanunlara, qaydalara və prinsiplərə hörmət edirsiniz. İntizama söykənən bütün işlər sizə görədir. Zəngin olmaq, şöhrət qazanmaq və müvəffəqiyyəti dadmaq həyat hədəflərinizdir. Elastik olmadığınıza görə bir şey necə edilməlidirsə elə edilməlidir. Müvəffəqiyyət üçün hər sahəyə atılmazsınız. Özünüzə uyğun olan işi seçərsiniz. Zamanınızın hamısını da bu işə həsr edərsiniz. Oxumağı və öyrənməyi sevərsiniz amma bunu öyrətmək üçün etməzsiniz. Məlumatı özünüzə saxlayarsınız. Sizin üçün ən pis şeylərdən biri zamanı boşa xərcləməkdir. Maraqlısınız amma bunu çox bildirməzsiniz. Son dərəcə idarəli və skeptik davranarsınız. Ağzınız möhkəm olduğundan içinizdəki fırtınaları kimsə anlamaz. Sizə edilən yaxşılıqlar qədər pislikləri də əsla unutmazsınız. Vaxtı gələndə intiqam almaq üçün bir həyat boyu gözləyə bilərsiniz. Hirsiniz başınıza vurduğu zaman o qədər qorxunc olar ki hər şeyi yandırıb kül edə bilər. Amma, idarəli olduğunuzdan bunu idarə etmək də əlinizdədir. Pul və maddi dəyərlər sizin üçün əhəmiyyətlidir. Səbirlə və çalışaraq əldə etdiyiniz maddi dəyərləri itirməkdən qorxarsınız. Sizin üçün çıxarınız və mənfəətləriniz daim ön plandadır. Yüksələn Oğlaq bürcü sizə qısa və ya orta boylu bir struktur verəcəkdir. Üzünüz olduqca uzun və incədir. Çənəniz də uzunsov, burnunuz düzdür. Boynunuz uzun və zəifdir. Gözlərin tünd qəhvərəngi və saçlarınız da ümumiyyətlə qaradır. Kişilərdə bığ və saqqal seyrəkdir. Dizləriniz çıxıq olduğundan hərəkətinizdə ahəngli bir vəziyyət görünməz. Dəriniz ümumiyyətlə tünd rənglidir. Yanaqlarınıza baxıldığı zaman almacıq sümükləri seçilər.
Son xəbərlər »
Bakı metrosunun iş rejimi
08 May 2024
10:14
Prezident ev vermişdi - Hoteldə zəhərlənən dostlarla bağlı
08 May 2024
10:11
Ağcabədidə iribuynuzlu heyvan sürücünün ölümünə
08 May 2024
10:06
Bakıda mənzildən meyit tapıldı
08 May 2024
09:50
Rus ordusu Kiyevi
08 May 2024
09:45
Boltun meydan oxumasına Mbappedən cavab
08 May 2024
09:45
Səfirdən Qərb jurnalistlərinə
08 May 2024
09:42
Kapital Bank-ın Laçın filialının açılışı baş tutdu
08 May 2024
09:35
Türkiyə Futbol Federasiyası derbi ilə bağlı qərar qəbul etdi
08 May 2024
08:25
Zəhərlənməyə səbəb olan sahibkarlardan biri DANIŞDI -
08 May 2024
03:12