Bürclər
Qoç
21 Mart - 20 Aprel
21 Mart - 20 Aprel
Yüksələn bürc proqnozu
Yüksələn Qoç bürcü sizə dərhal fərq edilən hərəkətli və enerjili bir təbiət bəxş etmişdir. Fikirlərinizi dərhal tətbiq etmək istəyirsiniz. Atılqanlıq sizə önünüzdəki maneələri görməmək kimi qorxular verə bilər. Cəmiyyətdə dərhal maraq oyandırmaq və diqqət çəkmək sizin üçün asandır. Zəkanızın və canlılığınızın sizi üstün mövqeyə gətirməsi gözlənilməlidir. Parlaq rənglər və dəbdə olan geyimlər sizi çəkər. Sizin üçün "Mən" sözü çox əhəmiyyətlidir. Daima doğrunu siz bilərsiniz. Etdikləriniz və düşündükləriniz doğrudur. Başqaları sizin izinizdən getməlidir ! Hər şeydə və yerdə birinci olmaq istəyərsiniz. Lider olmaq başda gələn arzunuzdur. Olduğunuz şərtlər içində də öndər olmağı bacararsınız. Evinizdə, məktəbdə və işinizdə son dərəcə aktiv və hərəkətli olarsınız. Çox güclü, tələskən və o qədər diqqətsiz biriniz. İşlək zəkanız sizi praktik həllərə istiqamətləndirir. Müvəffəqiyyətli olma ehtirasınız və səyiniz gözə dəyər. Bu səbəblə həmişə qabaqda və diqqət çəkici olmalısınız. Yenə də tez maraqlanmaq və asan bezmək sizin tərzinizdir. Düşündüklərinizi dərhal tətbiq etmək istəyirsiniz. Yoxsa bunun hökmünün dərhal keçəcəyini hiss edərsiniz. Əslində siz davamlı yenilik axtaran birisiniz. Lakin səbirsizlik və diqqətsizlik səbəbi ilə əhəmiyyətli nöqtələri qaçırmaqdasınız. Dinlər kimi görünüb dinləməzsiniz. Arxanızı dönüb öz fikirinizi tətbiq edərsiniz. Şən, canlı, həyat dolu və comərd biriniz. Yaşlanmaq sizin üçün deyil. İdman etməyə və hərəkətli qalmağa diqqət göstərərsiniz. Bədən hərəkətləri də sizin üçün fikirlər qədər əhəmiyyətlidir. Xəstə olmaqdan xoşlanmazsınız və xəstə olmağı qəbul etməzsiniz. Düşünmədən reaksiya vermək və dərhal hirslənmək sizin təbiətinizdə vardır. Döyüşə hazır birisiniz. Yenə də kindar biri sayılmazsınız. Cəsarətiniz başqalarına güc verər amma davamlı mən deməniz də insanları bezdirər. Eşqdə ehtiraslı və olduqca qısqanc biriniz. Axtardığınızı tapınca sadiq, anlayışlı və mehriban bir həyat yoldaşı olarsınız. Sevilmək sizi motivasiya edər və müvəffəqiyyət verər. Macəra, azadlıq və risklər sizi çəkər. Yarışma və rəqabət də sizi çəkər. Narahat birisiniz və bəzən qorxularınız həddindən artıq ölçülərə çıxar. Xüsusilə həyatın sonundan çox qorxarsınız. Bunu bildirməməyə çalışarsınız. Yüksələn bürc sizə orta boylu və ya bir az uzun bir bədən quruluşu verir. Atletik bədən, geniş çiyinlər gözə dəyir. Üzünüz də uzun hətta kvadrat formalı olar. Saçlarınız qəhvəyi, orta və ya qalın tellidir. Gözləriniz və baxışlarınız təsirlidir. Qollarınız və qıçlarınız da güclüdür. Ümumiyyətlə üzünüzdə bir yara izi və ya xal ola bilər.
Son xəbərlər »
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
08 May 2024
21:52
HDQ-nin hərbi hissəsinin yaranması günü qeyd edildi
08 May 2024
21:25
Eldar Qasımovun istefası tələb olundu -
08 May 2024
21:15
Qonaqlıq buna görə təşkil edilibmiş: Yeni faktlar -
08 May 2024
20:58
"Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır"
08 May 2024
20:23
Onun səsini eşidən Günay efirdə ağladı -
08 May 2024
19:45
Ziya Hüseynzadəyə qarşı daha bir ittiham irəli sürüldü
08 May 2024
19:41
Saxlanılanlar arasında qadın da var: Polisdən əməliyyat -
08 May 2024
19:32
Özünü qazi kimi təqdim edən şəxs saxlanıldı
08 May 2024
19:10
Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatdı
08 May 2024
19:05