​Boltun meydan oxumasına Mbappedən cavab

Dünyanın ən sürətli adamı sayılan yamaykalı keçmiş idmançı Useyn Bolt 100 metr məsafəyə qaçışda PSJ-nin futbolçusu Kilian Mbappeyə meydan oxuyub.

Metbuat.az xəbər verir ki, Mbappe bu çağırışa cavab verib. Mbappe 100 metr məsafəyə qaçışda Useyn Boltla yarışmağa razılaşıb. Useyn Bolt haqqında danışan Mbappe, "Onun kimi birini sürətli qaçışımla ruhlandırdığımı bilmək çox xoşdur. O, növbə ilə hamını ruhlandırdı və məncə, hamı Useyn Boltun qaçışını izləmək üçün səy göstərdi. O, mənə heyran olmamışdan əvvəl mən ona heyran idim” deyə bildirib.

Yarışla bağlı danışan Mbappe “Şansım yoxdur. Amma bu əladır, əgər ikimizin də vaxtı varsa, niyə bunu əylənmək üçün etmirik? Mən nəticədən xüsusi bir şey gözləmirəm” deyə açıqlama verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR