Saxlanılanlar arasında qadın da var: Polisdən əməliyyat - VİDEO

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son bir neçə gün ərzində həyata keçirilən əməliyyatlar zamanı paytaxt ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 10 nəfər saxlanılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, həmin şəxslərdən beş kiloqrama yaxın heroin, tiryək və psixotrop tərkibli metadon həbləri aşkarlanıb.

İdarə əməkdaşlarının apardıqları profilaktik tədbirlər zamanı isə beş “Kalaşnikov” avtomatı, üç ov tüfəngi, beş daraq və 81 ədəd patron vətəndaşlar tərəfindən könüllü olaraq polisə təhvil verilib. Mülki axtarışda olan 18, müxtəlif cinayət törətdikləri üçün barələrində axtarış elan edilən səkkiz şəxs saxlanılıb.

Soyuq silah hesab edilən kəsici-deşici alətlərin satışına qarşı keçirilən tədbirlər zamanı səkkiz obyektdən xəsarət yetirmək təyinatına malik satışı nəzərdə tutulan 312 ədəd bıçaq aşkar olunaraq götürülüb.

Aşkar olunan faktlarla araşdırmalar davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR