Səhər ac qarına pəncərəni açıb quşların səsini dinlədim. O qədər doğma gəlir ki, təbiətin səsi. Həmin an bütün bədənimin iflic olub sadəcə bir səsə fokuslanmağını istəyirəm. Necə dəhşətli səslərdir insan səsləri. Ailə danlaqları, ata-ananın yaxşı övlad arzularının gerçəkləşməyən sindromuyam, evləndiyim qadının tələbləri qarşısında acizəm, uşaqlarımı yaxşı dolandıra bilmirəm. İndi yenə kafeyə gedəcəm, axşama kimi ona-buna pivə süzəcəm, gecə də verilən 5 manat pulla evə qayıtmalıyam. Acam, amma utanıram soyuducuya yaxın durmağa. Soyuducu da insanların qəlbi kimi bomboşdur indi. Həm nə alıb qoymuşam ki, bir yaxın da duram. Sağ olsun, qaynanam, qaynatam evləndiyim qadına ayda iki dəfə bazarlıq edir, uşaqlara xərcləməyə pul verir. Oğlum üçüncü sinfə gedir, hər gün futbol oynamaq üçün məşqlərə getmək istədiyini deyir. Hər ay onun məşq pulu, yol pulu, paltar pulu... Mən sadəcə susuram, bir azdan yenə həyat yoldaşım qol qoyacaq, ardınca məni uşaqların gözü önündə yenə yerin dibinə soxacaqdı.
Kitab oxumağa artıq vaxt yox idi. Səhərdən axşama kimi kafedə dolaşır, sərxoş müştərilərin nazı ilə oynayırdım. Mənə kim, necə kömək edə bilər ki? Artıq kişilik qüruru və sair söhbətlərdən keçmişdim. Deyəsən özümü “Çevrilmə” əsərindəki Qreqor Zamza kimi hiss edirdim. Sonum bu olsa gərək. Sürünənlər başqalarının yaşayışı üçün tramplindir.
***
Yalnızlıq təskinliyin ən pis halıdır. Çünki danışacaq heç kim yoxdur. Sadəcə öz obrazınla baş-başa qalırsan. Güzgüdə əksinə baxırsan və danışırsan:
- Salam, mən... Bu gün necəyəm?
- Salam, mən... Həmişə ən üstünsən.
Çöldəki həyatda isə özünü bir heç kimi hiss etmənin əzabını daşıyırsan çiynində.
***
Aristoteli gördüm yuxumda. O, məşhur düşünən adam siluetində olduğu kimi idi. Eləcə səssiz-səssiz baxırdı mənə. Ruhumun xilasını axtarırdım.
Aristotel bir cümlə dediı: “Bədənini xoşbəxtliklə doldur, ruhun həmişə zirvədə olacaq”.
***
Sonuncu qədəhi birnəfəsə başıma çəkdim. Sonra qəhqəhə ilə tanış oldum. Gülməyin sirrini axtaran Dionis idim mən. Gülüşlə tanışlığım ana bətnindən çıxanda baş versə də, qəhqəhəni ilk dəfə aşiq olduğum müəlliməmin beşinci sinifdə oxuyan şagirdin “eşq etirafı”na verdiyi reaksiya ilə tanıdım.
***
Dünyanı xilas etmək istəyənlər filmlərdə olurdu. Hə, bir də əsərlərdə. Sonra mən düşündüüm ki, böyüyəndə “Betmen” yaxud “Supermen” olum. Böyüdüm, özümü xilas edə bilmədim, düşüncənin biləyini bükdüm.
***
- Daha çox nəfəs ver..
- Boğuluram.
- Səni xilas edə bilərik, ürək ritmin normaldır.
- Onu istəyirəm..
- Xırıldayır, sevdiyi qadını soruşur yəqin.
- Həkimlər, susun onu istəyirəm... Nə ana, nə sevgili olmuşlar, nə də başqa bir şey, sadəcə itmiş həyatımı.
***
Təkcə bir qız övladının ola biləcəyi düşüncəsinə görə də həyatdan zövq almaq olar.
Acam, amma utanıram - Qısa hekayələr
Həmçinin oxu
Anar Məcidzadənin sevgi şeirləri...
metbuat.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
AQTA kütləvi zəhərlənmə ilə bağlı araşdırmaya başladı
Bu gün
·
01:40
Pulu maqnit kimi çəkən 5 bürc
Bu gün
·
00:27
Azərbaycanlı güləşçi finalda geridönüş edərək çempion oldu
Bu gün
·
00:17
Füzulidə minalanmış ərazidə yanğın başlayıb
Dünən
·
23:59
"Beşiktaş"ın qapıçısı məşhur ərəb klubuna keçdi
Dünən
·
23:41
Türkiyənin iki vilayətində yanğın başladı
Dünən
·
19:40
Azərbaycanda yasda zəhərlənmə
Dünən
·
19:20
Bu ölkənin prezidenti Azərbaycana gələcək
Dünən
·
19:00
Samur-Abşeron kanalında batan var
Dünən
·
18:42
Xamenei ABŞ və İsraili hədələdi
Dünən
·
18:29
IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Qarabağa gəlib
Dünən
·
17:55
Rusiya bu şəhərdə nəzərati ələ keçirdi
Dünən
·
17:45
Məşhur müğənni saxlanıldı
Dünən
·
17:30
Ukraynanın yeni Baş naziri o olacaq
Dünən
·
17:10
Ölüm bu ucalığın qarşısında aciz qalır…
Dünən
·
17:06