İstanbulun “Qalatasaray” klubunun transfer gündəmində gözlənilməz dəyişiklik baş verib. Türkiyə təmsilçisinin portuqaliyalı hücumçu Rafael Leao üçün “Milan”la apardığı danışıqlar nəticəsiz qalıb. İtaliya klubunun son mərhələdə mövqeyini dəyişməsi Leaonun keçidini mümkünsüz edib.

Metbuat.az xəbər verir ki, Leao transferində yaranan problemdən sonra “Qalatasaray” diqqətini İngiltərə Premyer Liqasına çevirib. Sarı-qırmızılıların yeni hədəfinin “Arsenal”ın braziliyalı hücumçusu Qabriel Martinelli olduğu bildirilir. Leao ilə bağlı danışıqların dalana dirənməsindən sonra Martinelli variantı klub daxilində daha ciddi şəkildə müzakirə olunmağa başlayıb.

Mütəxəssislər düşünür ki, sarı-qırmızılı klubun rəhbərliyi bu keçidi reallaşdırmaqla azarkeşlər arasındakı narazılığı nisbətən səngitməyi hədəfləyir.