“Liverpul” “Barselona”nın uruqvaylı müdafiəçisi Ronald Araujonu 2026/27 mövsümünün sonuna qədər icarəyə götürüb.
Metbuat.az xəbər verir ki, razılaşmaya əsasən, “Liverpul” Araujo üçün icarə haqqı ödəməyəcək. Bununla yanaşı, futbolçunun maaşını tamamilə İngiltərə klubu qarşılayacaq. İngiltərə təmsilçisinin mövsümün sonunda uruqvaylını təxminən 47 milyon funt-sterlinqə transfer etmək hüququnun olduğu qeyd edilir.
Qeyd edək ki, Ronald Araujo 2018-ci ildə “Barselona”ya transfer olmuşdu.