“Fənərbaxça” Romelu Lukakunun transferi ilə bağlı “Napoli” ilə danışıqlarda mühüm irəliləyiş əldə edib.

Metbuat.az xəbər verir ki, bu barədə “Il Mattino” məlumat yayıb. İtaliya klubu belçikalı hücumçu üçün tələb etdiyi 12 milyon avroluq transfer məbləğini 9-10 milyon avroya endirib.

Bildirilir ki, “Fənərbaxça” ilə “Napoli” arasında keçiriləcək yeni görüş transferin taleyində həlledici rol oynayacaq. Lukakunun Türkiyə klubuna keçməyə razılıq verdiyi və tərəflər arasında illik 10 milyon avro maaşla bağlı prinsipial anlaşmanın əldə olunduğu qeyd edilir.