İsti havalarda buz kimi su içmək qısa müddətlik rahatlıq versə də, mütəxəssislər bunun ideal seçim olmadığını bildirirlər.

Metbuat.az xəbər verir ki, çox soyuq su susuzluq hissini tez aradan qaldıra və insanın kifayət qədər maye qəbul etmədən su içməyi dayandırmasına səbəb ola bilər. Eyni zamanda, buzlu su tərləməni müvəqqəti azaldaraq bədənin soyuma prosesinə təsir göstərə bilər.

Mütəxəssislər isti havalarda susamağı gözləmədən, gün ərzində az-az və tez-tez sərin su içməyi məsləhət görürlər.