Xocavənd rayonunda traktor minaya düşüb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qızılqaya kəndində qeydə alınıb.

Məlumata görə, E.Abbasovun idarə etdiyi traktor kənd ərazisində minaya düşüb.

Hadisə nəticəsində texnikaya zərər dəysə də, xəsarət alan olmayıb.