Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında avqustun 6-da xeyli silah-sursat aşkar edilərək götürülüb.
Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, bir avtomat silahı, bir tapança, iki qumbara, üç partlayıcı, 8 tüfəng, iki patron darağı, bir mərmi və 333 ədəd müxtəlif çaplı patron aşkarlanıb.