"Qalatasaray" Rafael Leao transferi üçün hərəkətə keçib.
Metbuat.az xəbər verir ki, İstanbul təmsilçisi Portuqaliya millisinin və İtaliya nəhəngi "Milan"ın hücumçusu Rafael Leaonun transferi üçün rəsmi danışıqlara başlayıb. Məlumata görə, "Qalatasaray" 26 yaşlı futbolçunu məcburi satınalma şərti ilə icarəyə götürmək istəyir. "Milan" isə Leao üçün 50 milyon avro tələb edir. Xəbərdə qeyd olunur ki, Rafael Leao ilə "Fənərbaxça" da maraqlansa da, futbolçu "Qalatasaray"ın təklifinə daha müsbət yanaşır.
Türkiyəyə transferə tərəddüdlə yanaşan portuqaliyalı ulduzun, Viktor Osimhenlə söhbətdən sonra qərarını dəyişdiyi iddia edilir.