Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, 2026-cı ilin yanvar-iyun aylarında ölkədən 138,3 milyon ABŞ dolları dəyərində 39,7 min tondan çox alüminium və ondan hazırlanan məmulatlar ixrac olunub.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bu, 2025-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 38,93 faiz, həcm olaraq isə 14,30 faiz çoxdur.

Ümumilikdə cari ilin birinci yarısında ölkədən dəyəri 1,885 milyard dollardan çox olan Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2025-ci ilin müvafiq göstəricisini 21 faiz üstələyir. Hesabat dövründə dəyər ifadəsində alüminium ixracının xüsusi çəkisi 7,33 faizə bərabər olub.