İranın ali dini lideri Ayətullah Əli Xameneinin hərbi müşaviri Möhsün Rezai ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq və Hörmüz boğazı ilə bağlı siyasətinin III Dünya müharibəsinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Metbuat.az xəbər verir ki, Rzai İsrailin bölgədəki fəaliyyətlərinin gərginliyi artırdığını iddia edərək Yaxın Şərqin İkinci Dünya müharibəsi ərəfəsindəki Avropadan daha təhlükəli vəziyyətdə olduğunu bildirib.

O, həmçinin ABŞ-nin Hörmüz boğazına və regionun enerji resurslarına nəzarət etmək istədiyini iddia edib. Rezainin sözlərinə görə, belə bir ssenari Çin və Avropa da daxil olmaqla qlobal güclərin maraqlarına toxuna bilər və bu da genişmiqyaslı münaqişəyə yol aça bilər.